Çərşənbə, 08 May

Əli Kərimlinin "dialoq" arzusu - VİDEO

image

Bir neçə gün öncə AXCP sədri Əli Kərimli “Toplum Tv”-də çıxdığı növbəti canlı yayımda özü özünü inkar edən yeni açıqlamalarla gündəmə gəlib. Bu dəfə Əli Kərimli müharibə dövründəki milli birliyi məhz özünün yaratdığını iddia edib. Onun sözlərinə görə, Azərbaycan xalqının milli birliyini yaradan məhz Əli Kərimlinin rəhbərlik etdiyi müxalifətin mövqeyi olub. 

Lakin məsələnin qəribə tərəfi isə Əli Kərimlinin bundan cəmi bir il əvvəl II Qarabağ müharibəsindən sonrakı təbrik çıxışında tamamilə fərqli fikirlər səsləndirməsidir. Qələbə münasibətilə Azərbaycan xalqını təbrik edən partiya sədri həmin vaxt ali baş komandan olaraq İlham Əliyevi də təbrik edib. O, prezident İlham Əliyevin Azərbaycan xalqının milli birliyini təmin etdiyini əlavə edərək hər kəs kimi Azərbaycanın qələbəsinə sevindiyini dilə gətirmişdi.

Əli Kərimlinin məlum təbrikin üzərindən bir il keçəndən sonra bu dəfə öz dediklərini təkzib etməsinin səbəbləri isə müəmmalıdır. AXCP sədrinin bir il ərzindəki bu qəfil dönüşünün səbəbləri bəlkə də hakimiyyətdən gözlədiyi reaksiyanın gəlməməyi ilə bağlıdır. Özünü müxalif adlandıran başqa kollegaları kimi Əli Kərimli də deyəsən “dialoq” adlanan avtobusda Şuşaya səfər etmək niyyətində olub. Lakin hiss olunur ki, onun bu arzusu gözündə qalıb. 

Ya da Əli Kərimli keçən bir il ərzində ciddi psixoloji sarsıntı keçirib və əqli qabiliyyətlərini tamamilə itirib. Hətta Əli Kərimlinin bir il əvvəlki çıxışını xatırlamadığına da əmin ola bilərsiz. Nəticədə hər gün saatlarla canlı yayımda lağlağı ilə məşğul olan bir adamın ağzından çıxanları xatırlayacağı  çox da inandırıcı görünmür. Əli Kərimlinin bir birini təkzib edən açıqlamalarla kimi aldatmağa çalışdığını heç özü də bilmir.
 

Aftafa.tv

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32
image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51
image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56